"Azərbaycandakı səfirliklərin təhlükəsizliyi ən yüksək səviyyədə qorunur" - Ceyhun Bayramov - ednews.net

29 Sentyabr, Cümə axşamı

(+994 50) 229-39-11

"Azərbaycandakı səfirliklərin təhlükəsizliyi ən yüksək səviyyədə qorunur" - Ceyhun Bayramov

Siyasət A- A A+
“Azərbaycanda olan bütün diplomatik missiyaların təhlükəsizliyi ən yüksək səviyyədə qorunur və bundan hər kəs faydalanır, o cümlədən Birləşmiş Krallığın Azərbaycandakı səfirliyi və orada işləyən diplomatlar”.
 
Ednews “Haber Global”a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
 
“Biz eyni yanaşmanı Birləşmiş Krallıqdan gözləyirik. Eyni zamanda ikinci gözləntimiz ondan ibarətdir ki, Birləşmiş Krallığın müvafiq orqanları bu cinayəti törədən şəxslər, bu cinayətin arxasında duran qüvvələrin müəyyən edilməsi istiqamətində çox ciddi araşdırmalar aparacaq və biz həmin nəticələri gözləyirik”, - C.Bayramov vurğulayıb.
 
XİN başçısı əlavə edib ki, Azərbaycan bu kimi öz öhdəliklərinə çox ciddi yanaşır.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...