Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib ki, hazırkı lider Volodimir Zelenski ikinci müddətə namizəd olmaqdan imtina edərsə, dövlət başçısı postuna namizədliyini irəli sürəcək.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Strana nəşri yayıb.
Onun sözlərinə görə, hazırkı dövlət başçısı seçkilərdə iştirak etsə, qarşısını “kəsmək” fikrində deyil.
“Hamı mənim yüksək reytinqimdən danışır. Reytinqim indi prezidentin reytinqidir. Mən özümü prezidentdən ayırmıram. O, ikinci müddətə namizədliyini irəli sürərsə, təbii ki, qarşısını kəsməyəcəyəm. Bu, texniki cəhətdən mümkün deyil”, – Arestoviç bildirib.
“Zelenski prezident olduğu müddətdə seçkilərlə bağlı mümkün planları barədə danışmağı düzgün hesab etmir”, deyə o yekunlaşdırıb.