“Ölkəmizdə bütün yataqların işlənməsini həyata keçirmək niyyətindəyik” - Türkiyəli Nazir - ednews.net

27 Sentyabr, Çərşənbə axşamı

(+994 50) 229-39-11

“Ölkəmizdə bütün yataqların işlənməsini həyata keçirmək niyyətindəyik” - Türkiyəli Nazir

Siyasət A- A A+
“Türkiyə öz ərazisində yerləşən bütün yataqların, o cümlədən dəniz zonalarındakı yataqların kəşfiyyat və işlənməsini həyata keçirmək niyyətindədir”.
 
Ednews “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.
 
O, yaxın günlərdə “Abdülhamid Han” qazma gəmisinin suya buraxıldığı Şərqi Aralıq dənizi bölgəsində 45-60 gün ərzində qazma işlərinin aparılacağını və hər hansı ehtiyat aşkarlanarsa, bu barədə ictimaiyyətin məlumatlandırılacağını deyib.
 
F.Dönməz Türkiyənin Qara dəniz sektorunda yerləşən “Sakarya” yatağı haqqında danışarkən 2023-cü ilin mart ayında bu yataqdan ilk qazın sahilə çatdırılacağını vurğulayıb: “Dənizin dibi ilə 120 km-lik boru xətti çəkilib, daha 50 km-lik xəttin çəkilişi həyata keçiriləcək”.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...