Azərbaycana hər həftə mindən çox pakistanlı gəlir - ednews.net

30 Sentyabr, Cümə

(+994 50) 229-39-11

Azərbaycana hər həftə mindən çox pakistanlı gəlir

Siyasət A- A A+

Azərbaycan ilə Pakistan arasında münasibətlər ən yüksək səviyyədə inkişaf edir. Azərbaycan həmişə Pakistanı dəstəkləyir və bu, qarşılıqlıdır. Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən olub.

Ednews xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Haye səfirlikdə keçirilən ölkənin Müstəqillik Günü tədbirində deyib.

"Pakistana göstərdiyi münasibətə görə, Azərbaycan hökumətinə təşəkkür edirəm. Pakistanın müxtəlif şəhərlərindən Azərbaycana həftədə 4 təyyarə reysi həyata keçirilir. Həmçinin Pakistandan bir həftə ərzində Azərbaycana 1000-dən çox turist səfər edir".

Qeyd edək ki, bu gün Pakistanın Müstəqillik Günü qeyd olunur.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...