Rusiyanın əsas tərəfdaşları Afrika, Asiya və Latın Amerikası ölkələridir.
Ednews Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Ordu-2022” forumunda deyib.
“Biz çox yüksək qiymətləndiririk ki, ölkəmizin müxtəlif qitələrdə çoxlu müttəfiqləri var. Bunlar qondarma “hegemon” qarşısında əyilməyən dövlətlərdir.
Rusiya Latın Amerikası, Afrika və Asiya dövlətləri ilə əlaqələrini səmimiyyətlə qiymətləndirir”.
Putin “Rossiya-24” telekanalında yayımlanan “Ordu-2022” forumunda çıxışı zamanı belə deyib.