“Mənə indi dedilər ki, siz Azərbaycan dilini çox yaxşı bilirsiniz və bizim söhbətimiz də Azərbaycanca olacaq”.
Ednews xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da Türkmənistanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasovun etimadnaməsini qəbul edərkən səsləndirib.
“Bu, əlavə məmnunluq yaradan bir amildir. Bizim dillərimiz bir-birinə oxşayır, amma, eyni zamanda, fərqlər də var. Ona görə də sizin Azərbaycan dilini öyrənməyiniz bizə əlbəttə ki, çox xoşdur. Bu, əlbəttə, imkan verəcək ki, Azərbaycanda daha geniş təmaslarınız olsun”, deyə Azərbaycan lideri qeyd edib.