“Türkmən xalqı ilə bizi ayıran Xəzər dənizidir” - İlham Əliyev - ednews.net

5 Oktyabr, Çərşənbə

(+994 50) 229-39-11

“Türkmən xalqı ilə bizi ayıran Xəzər dənizidir” - İlham Əliyev

Siyasət A- A A+
“Əminəm ki, bundan sonra da Azərbaycan və türkmən xalqları iki qardaş xalq kimi çiyin-çiyinə gedəcək və qarşıda duran bütün vəzifələri uğurla icra edəcəklər. Bizi bir-birimizdən ayıran Xəzər dənizidir. Ancaq Xəzər dənizi də hazırda ölkələri birləşdirən dənizdir”.
 
Ednews xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da Türkmənistanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasovun etimadnaməsini qəbul edərkən səsləndirib.
 
“Xəzər dənizinin ekoloji tarazlığının, təbii resurslarının qorunması əlbəttə ki, bütün Xəzəryanı ölkələr üçün əsas vəzifələrdən biridir. Azərbaycan və Türkmənistan öz tərəfindən bu məsələlərə çox böyük töhfə verir.
 
Bütün siyasi, iqtisadi, enerji, nəqliyyat məsələləri ilə yanaşı, xalqlarımızı ortaq tarix, ənənələr, dil, dinimiz, adət-ənənələrimiz birləşdirir.
 
Bu, çox güclü amildir. Yəni, bu, xalqlarımızı bir-birinə sıx bağlayan amildir. Əlbəttə ki, insanlar arasındakı təmasların iki dövlət arasındakı münasibətlərdə xüsusi yeri var”, deyə o, qeyd edib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...