İlham Əliyev Monqolustana səfərə dəvət olundu - ednews.net

30 Sentyabr, Cümə

(+994 50) 229-39-11

İlham Əliyev Monqolustana səfərə dəvət olundu

Siyasət A- A A+
Azərbaycan Prezidenti İlham Əliyev Monqolustana səfərə dəvət olunub.
 
Ednews xəbər verir ki, bu barədə Monqolustanın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Munxbayar Qombosuren avqustun 18-də Prezident İlham Əliyevə etimadnaməsini təqdim edən zaman bildirib.
 
Q.Munxbayar son illərdə, xüsusilə 2018-ci ildə Monqolustan Prezidentinin Azərbaycana səfərindən sonra ikitərəfli əlaqələrin fəal şəkildə inkişaf etdirildiyini deyib.
 
Səfir bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının otuz illiyinin qeyd olunduğunu vurğulayaraq Monqolustan Prezidentinin Azərbaycan Prezidentinə onun üçün münasib vaxtda ölkəsinə səfərə dəvətini çatdırıb.
 
Prezident İlham Əliyev dəvəti minnətdarlıqla qəbul edib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...