Lvovda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Vladimir Zelenski arasında danışıqlar başlayıb.
Ednews xəbər verir ki, bu barədə informasiyanı “A Haber” telekanalı yayıb.
Türkiyə televiziyasının məlumatına görə, Lvova səfəri zamanı Ərdoğan Zelenskiyə Rusiya prezidenti Vladimir Putinlə görüş təşkil etməyi təklif edəcək.
Türkiyənin başqa bir telekanalı CNN Türk mənbələrə istinadən yazıb ki, Putin və Zelenski Ukrayna üçün yol xəritəsini müəyyən etmək üçün görüşə bilərlər.