Pakistanın keçmiş baş naziri İmran Xana qarşı istintaq başladılıb.
Ednews "DailyMail"-ə istinadən xəbər verir ki, o, hökumət əleyhinə çıxışında təhlükəsizlik qüvvələrini və ədliyyə işçilərini hədələməkdə ittiham olunur.
Onun tərəfdarları Xanın evinin qarşısına toplaşaraq, onun həbs olunacağı təqdirdə paytaxtı alacaqlarını iddia ediblər.
Aprel ayında vəzifəsindən uzaqlaşdırılan Baş Nazir o vaxtdan bəri tez-tez hökumət və ordunu tənqid edən çıxışlar edir.
O, şənbə günü etdiyi çıxışında ona çox yaxın hesab edilən və hazırda “qiyama” ittihamla həbsdə olan müşavirlərindən birinə işgəncə verildiyini bildirib.
Nəzrin Beydiyeva