Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Aliyev V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüb.
Ednews xəbər verir ki, Konyadan Vətənə böyük qələbə ilə qayıdan idmançıları təbrik edən dövlət başçısı ölkəmizin idman şöhrətini bir daha yüksəklərə qaldırdıqları üçün qalib idmançıları təbrik edərək, onlara təşəkkürünü bildirib.
V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın dördüncü yerə layiq görülməsinin çox böyük nailiyyət olduğunu vurğulayan İlham Əliyev deyib ki, qazanılmış uğurlar bir daha ölkəmizin gücünü göstərdi.
Sonra dövlət başçısı ilə görüş iştirakçıları arasında dialoq olub.
Görüşdən maraqlı fotoları təqdim edirik: