“Fransa və ABŞ səfirlərinin Şuşaya dəvəti qəbul etməməsini ərazi bütövlüyümüzə hörmətsizlik sayırıq” - Hikmət Hacıyev - ednews.net

5 Oktyabr, Çərşənbə

(+994 50) 229-39-11

“Fransa və ABŞ səfirlərinin Şuşaya dəvəti qəbul etməməsini ərazi bütövlüyümüzə hörmətsizlik sayırıq” - Hikmət Hacıyev

Siyasət A- A A+
“Fransa və ABŞ-ın Azərbaycandakı səfirləri bu gün Şuşada deyillər. Onlar Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstərdilər”. 
 
Ednews xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Şuşada keçirilən beynəlxalq konfransda deyib. 
 
H. Hacıyev bunun ərazi bütövlüyümüzə hörmətsizlik kimi qəbul edildiyini bildirib:
 
“Biz bunu ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi qəbul edirik. Çünki bu ölkələrə görə münaqişə hələ bitməyib”. 
 
O qeyd edib ki, Fransa və ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişəyə töhfə verməyib:
 
"Onlar 30 il bizim, Azərbaycanın zamanını itirdilər. Bu səfərə qoşulmamaqla onlar bir daha etinasızlıq nümayiş etdirdilər". 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...