Britaniyanın Azərbaycana yeni təyin olunan səfiri Ferqus Old Obenin Bakıya gələcəyi vaxt bəlli olub.
Ednews xəbər verir ki, Britaniyalı diplomat avqustun 30-da Azərbaycana gələcək.
Qeyd edək ki, Ferqus Old Obe səlahiyyət müddəti bitən Ceyms Şarpı əvəz edəcək.
Ferqus Old Obe daha əvvəl Britaniya XİN-də Cənubi Asiya Departamentinin rəhbəri və Hindistan üzrə koordinator postunda çalışıb. Apa.az-ın məlumatına görə, o, müxtəlif illərdə Britaniya XİN-də İstedad, Müxtəliflik, Öyrənmə və İnkişaf Departamentinin rəhbəri, Beynəlxalq Ekstremizm Departamentinin rəhbəri, eyni zamanda Moskvada müşavir və Yeni-Dehlidə Britaniya səfirliyində İqlim Dəyişikliyi və Enerji Bölməsinin rəhbəri postlarında çalışıb.