İngiltərə kralı III Çarlz ilk çıxışında anasının xatirəsini ehtiramla yad edərək xalqına sədaqət, hörmət və sevgi ilə xidmət edəcəyinə bildirib.
Ednews xarici mediaya istinadən xəbər verir ki, Kraliça II Yelizavetanın ölümündən sonra kral ailəsinin başçısı olmuş Kral III Çarlz çıxışında həyatını Britaniya Birliyinə həsr edəcəyinə söz verib.
Çarlzın əvvəllər lentə alınan və sonradan televiziyada yayımlanan çıxışı 9 dəqiqə davam edib.
Çıxış Sankt-Peterburqda Kraliça II Yelizavetanın xatirəsinə həsr olunub.
Mərasimdə baş nazir Liz Truss və yeni hökumət üzvlərinin də iştirak etdiyi müşahidə edilib.
Günay Babayeva