Azərbaycan Fransa Assosiasiyalar Forumunda təmsil olunur - FOTOLAR - ednews.net

5 Oktyabr, Çərşənbə

(+994 50) 229-39-11

Azərbaycan Fransa Assosiasiyalar Forumunda təmsil olunur - FOTOLAR

Siyasət A- A A+

Fransa-Azərbaycan Dialoqu Assosiasiyası Fransa Assosiasiyalar Forumunda iştirak edir.

Ednews xəbər verir ki, Parisin 15-ci rayonunda baş tutan tədbirdə əsas məqsəd Azərbaycanı, mədəniyyətini fransalılara daha yaxından tanıtmaqdır.

Forumda Azərbaycan xalçaları və digər əl işləri, milli şirniyyatlar nümayiş olunur, jurnallar paylanılır və qonaqlar Azərbaycan mədəniyyəti haqqında məlumatlandırılırlar.

Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının stendini çoxlu sayda qonaqlar ziyarət ediblər. Azərbaycanın stendi ilə yaxından maraqlananlar arasında Parisin 15-ci rayonunun meri də var.

Qeyd edək ki, Fransa Assosiasiyaları Forumu ildə bir dəfə, sentyabr ayında keçirilir.

1

1

1

1

1

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...