Gürcüstan Baş naziri İrakli Qaribaşvili Tbilisidə səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə yeni baş məsləhətçisi Filip Rikeri qəbul edib.
Ednews-un yerli bürosu xəbər verir ki, bu barədə İrakli Qaribaşvili “Twitter“də paylaşımında bildirib.
O, qeyd edib ki, görüş zamanı regional dinamika, Gürcüstanın Avropaya inteqrasiyası, ABŞ-Gürcüstan strateji tərəfdaşlığı və ABŞ-ın regionda və ondan kənarda sülhün, demokratiyanın və inkişafın təşviq edilməsindəki həyati roluna dair müzakirələr aparılıb.