AŞ Azərbaycan və Ermənistanı dialoqa çağırdı - ednews.net

29 Sentyabr, Cümə axşamı

(+994 50) 229-39-11

AŞ Azərbaycan və Ermənistanı dialoqa çağırdı

Siyasət A- A A+

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat verib.

Ednews "apa"ya istinadən xəbər verir ki, o, iki ölkə sərhədi boyunca döyüşlərin şiddətlənməsi ilə bağlı xəbərlərdən narahatlığını ifadə edib.

Mariya Peyçinoviç Buriç qeyd edib ki, Avropa Şurasına üzv dövlətlər arasında fikir ayrılıqları danışıqlar və sülh yolu ilə həll edilməlidir:

“Hər iki ölkənin ali hakimiyyət orqanları arasında son zamanlar birbaşa təmaslar ümidverici idi və bu, davam etdirilməlidir. Avropa Şurasına daxil olarkən Azərbaycan və Ermənistan münaqişəni sülh yolu ilə həll etmək öhdəliyi götürüblər. Bu öhdəliyə hörmət edilməlidir. Avropa Şurası sülh yolu ilə nizamlanmaya nail olmağa töhfə verən barışıq səylərinə kömək etməyə hazırdır”.

 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...