Rusiya və Çin liderləri görüşüb - ednews.net

6 Oktyabr, Cümə axşamı

(+994 50) 229-39-11

Rusiya və Çin liderləri görüşüb

Siyasət A- A A+

Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin görüşüb.

Ednews xəbər verir ki, görüş Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin liderlərinin Zirvə toplantısı çərçivəsində baş tutub.

"Reuters" bildirib ki, görüş zamanı Rusiya Prezidenti Vladimir Putin Çin liderinə rəsmi Moskvanın Pekinin “Vahid Çin” siyasətini dəstəklədiyini və ABŞ-ın Tayvanla bağlı təxribatlarına qarşı olduğunu bildirib.

Rusiyanın Çinin Ukrayna ilə bağlı “balanslı mövqeyini” qiymətləndirdiyini də deyib.

Xatırladaq ki, bu, Ukraynadakı müharibə başlayandan bəri liderlərin ilk üzbəüz görüşüdür.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...