“Azərbaycan Cəmmu və Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini dəstəkləyir və bu məsələdə Pakistan ilə həmrəydir”.
Ednews xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 16-da Səmərqənddə Pakistanın Baş naziri Şahbaz Şərif ilə görüşündə deyib.
Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Cəmmu və Kəşmir məsələsi üzrə kontakt qrupun üzvüdür.