Azərbaycan uşaqlara görə alimentin tutulmasına dair Konvensiyaya qeyd-şərtlə qoşulur - ednews.net

25 Sentyabr,

(+994 50) 229-39-11

Azərbaycan uşaqlara görə alimentin tutulmasına dair Konvensiyaya qeyd-şərtlə qoşulur

Siyasət A- A A+
Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Ednews xəbər verir ki, layihəni komitənin sədri Əli Hüseynli təqdim edib. O bildirib ki, konvensiya uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası üzrə dövlətlər arasında əməkdaşlığın təkmilləşdirilməsini nəzərdə tutur və bu konvensiyaya da Azərbaycan Ermənistana münasibətdə məlum qeyd-şərtlə qoşulur. Layihə müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə edilib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...