"Putinlə heç kim danışıqlar masasına oturmayacaq" - Zelenski - ednews.net

25 Sentyabr,

(+994 50) 229-39-11

"Putinlə heç kim danışıqlar masasına oturmayacaq" - Zelenski

Siyasət A- A A+
Rusiya prezidenti Vladimir Putin o həddə çatıb ki, onunla danışıqlar masası arxasında heç kim əyləşməyəcək.
 
Ednews xəbər verir ki,  bunu Ukrayna prezidenti Volodimir Zelenski Almaniyanın "Bild" nəşrinə  müsahibəsində deyib.  
 
Putinlə arasında danışıqların mümkünlüyü ilə bağlı sualı cavablandıran Zelenski: "Hesab edirəm ki, bu imkanlar addım-addım kiçilir. Putinlə danışıqlarda heç kim  masa arxasına oturmayacaq", - deyə  qeyd edib. 
 
O, Rusiya işğalçılarının Ukrayna ərazisini tərk edəcəyi təqdirdə Putinlə danışıqların mümkün olacağı fikrini də bildirib.
 
"İnanıram ki, onlar bizim ərazilərimizi tərk etsələr, biz danışıqlar masası arxasına əyləşə bilərik... Çünki onlar bizim ərazilərimizi tərk edəndə və biz sərhəddə olanda ərazi baxımından onlar bizim qonşumuz olaraq qalacaqlar”, - deyə Zelenski bildirib.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...