Aİ rəsmisi üzv dövlətləri və Türkiyə də daxil olmaqla 17 ölkənin liderlərini Avropa Siyasi Birliyinin ilk iclasına dəvət edib.
Ednews xəbər verir ki, Avropa Şurasının sədri Çarlz Mişel və Çexiyanın baş naziri Petr Fiala tərəfindən imzalanan iclasa dəvətlər bu gün göndərilib.
Liderlər oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada toplaşacaqlar.
Dəvət olunan ölkələr Türkiyə, Böyük Britaniya, Ukrayna, Azərbaycan, Ermənistan, Serbiya, Bosniya və Herseqovina, Monteneqro, Kosovo, Albaniya, Şimali Makedoniya, Norveç, İsveçrə, İslandiya, Lixtenşteyn, Moldova dövlət başçıları və Gürcüstandır.
Qeyd edək ki, Avropa Siyasi Birliyi bütün qitədəki Avropa ölkələri üçün siyasi koordinasiya platformasıdır. Görüşün əsas məqsədi Avropa ölkələrinin liderlərini bərabər əsasda və birlik ruhunda, ideal olaraq ildə bir və ya iki dəfə bir araya gətirməkdir.
Bütün liderlər açılış sessiyasında və yekun naharda iştirak edəcək, ikitərəfli danışıqlar aparacaq, təhlükəsizlik sabitliyi, enerji, iqlim, mobillik və iqtisadiyyat kimi müxtəlif mövzularda dəyirmi masa müzakirələrində kiçik qruplarda iştirak edəcəklər.
Aİ liderləri ertəsi gün qeyri-rəsmi sammit keçirəcəklər.
Tədbirlərə Avropa İttifaqı Şurasına sədrlik edən Çexiya hökuməti ev sahibliyi edəcək.
Nəzrin Beydiyeva