"G-7"yə daxil olan dövlətlər Ukraynanın işğal olunan ərazilərinin Rusiyaya birləşdirilməsi ilə bağlı keçirilən “referendum”u tanımır.
Ednews "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 77-ci sessiya çərçivəsində "G-7"liyə daxil olan ölkələrin xarici işlər nazirlərinin görüşünün yekununa dair açıqlamasında bildirib.