Ukraynanın Moskvanın nəzarətində olan əraziləri bu gün Rusiyanın tərkibinə daxil olub-olmamaq barədə səs verib.
Ednews dailymail-ə istinadən xəbər verir ki, Şərqi Donetsk və Luqansk, eləcə də cənubdakı Xerson və Zaporojjya vilayətlərində keçirilən referendumlar Kiyevin qərbli müttəfiqləri tərəfindən saxtakarlıq kimi qiymətləndirilib.
Beş gün davam edəcək səsvermə Rusiya prezidenti Vladimir Putinin bu həftə təxminən 300,000 ehtiyatda olan hərbçinin məcburi orduya çağırılacağını elan etməsindən sonra keçirilir.
Səlahiyyətlilər səs toplamaq üçün dörd gün ərzində qapı-qapı gəzməlidirlər.
Qeyd edək ki, Ukrayna ordusu Rusiyanın nəzarətində olan yüzlərlə şəhər və kəndi geri almasına səbəb olan böyük əks-hücum nəticəsində şimal-şərqi Xarkov vilayətinin böyük hissəsini geri alıb.
Nəzrin Beydiyeva