Hikmət Hacıyev Blinkenin köməkçisi ilə Ermənistanla münasibətlərin normallaşmasını müzakirə edib - ednews.net

4 Dekabr,

(+994 50) 229-39-11

Hikmət Hacıyev Blinkenin köməkçisi ilə Ermənistanla münasibətlərin normallaşmasını müzakirə edib

Siyasət A- A A+
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ dövlət katibinin köməkçisi Karen Donfridlə görüşüb. Ednews xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb. Hikmət Hacıyev və Karen Donfrid arasında keçirilmiş görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin hazırkı vəziyyəti, sülh müqaviləsi, sərhədlərin delimitasiyası və nəqliyyat məsələlərini müzakirə ediblər. Tərəflər Azərbaycan - ABŞ ikitərəfli strateji əlaqələrinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıblar.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...