Kərim Vəliyev Gürcüstanın müdafiə naziri ilə görüşüb - FOTOLAR - ednews.net

30 Noyabr, Çərşənbə

(+994 50) 229-39-11

Kərim Vəliyev Gürcüstanın müdafiə naziri ilə görüşüb - FOTOLAR

Siyasət A- A A+
Gürcüstana rəsmi səfəri çərçivəsində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sentyabrın 28-də bu ölkənin müdafiə naziri Cuanşer Burçuladze ilə görüşüb. Müdafiə Nazirliyindən EDnews-a verilən məlumata görə, Azərbaycan Respublikası müdafiə nazirinin salamlarını Gürcüstanın müdafiə nazirinə çatdıran general-polkovnik K.Vəliyev iki ölkə arasında hərbi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin dostluq və qarşılıqlı etimad üzərində qurulduğu, dövlət başçılarının mütəmadi görüşlərinin əlaqələrimizin daha da güclənməsinə təkan verdiyi qeyd edilib. Qarşılıqlı maraqlara cavab verən bu münasibətlərin regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına xidmət etdiyi bildirilib. Tərəflər Azərbaycan ilə Gürcüstan arasında hərbi əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini xüsusi qeyd edib, maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar. Görüşdən sonra Azərbaycan Ordusunun Baş Qərargah rəisi Tbilisinin mərkəzindəki Qəhrəmanlar meydanını ziyarət edib və Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların abidəsi önünə əklil qoyub.
1

1

1

1

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...