Aİ Ukraynaya 5 milyard avroluq maliyyə yardımı ayırıb - ednews.net

3 Dekabr, Şənbə

(+994 50) 229-39-11

Aİ Ukraynaya 5 milyard avroluq maliyyə yardımı ayırıb

Siyasət A- A A+
Avropa İttifaqı (Aİ) və Ukrayna arasında 5 milyard avroluq makro-maliyyə yardımının ayrılması barədə anlaşma memorandumu imzalanıb.
 
Ednews xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib. 
Ukrayna hökumət başçısı bu qərara görə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenə və ticarət məsələləri üzrə komissar Valdis Domborviskisə təşəkkür edib.
 
“Bu, Aİ-nin Ukraynaya bu müharibədə qalib gəlməkdə, özünü bərpa etməkdə və Avropadakı gələcəyi istiqamətində irəliləməsinə göstərdiyi qətiyyətinin nümunəsidir”, - Denis Şmıqal qeyd edib.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...