“Arsax”la (Qarabağdakı qondarma rejim) bağlı bütün məsələlər ilk növbədə Qarabağın “hakimiyyət orqanları” ilə müzakirə edilir.
Ednews xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Azərbaycanın ərazi bütövlüyü sülh müqaviləsində tanınsa, Qarabağ öz müqəddəratını təyinetmə hüququnu itirə bilərmi?” sualına Simonyan belə cavab verib:
“Biz bir-birimizin ərazi bütövlüyünü hələ 1991-ci ildə tanımışıq, sonra imzalanmış sənədlərdə də ərazi bütövlüyünü tanımışıq. Yenə deyirəm, Ermənistan Respublikası müstəqillik əldə etdikdən sonra heç vaxt Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməyib.
Söhbət “Arsax” əhalisinin öz müqəddəratını təyin etmək hüququndan gedib. Bunlar hüquqi məsələlərdir və mən düşünürəm ki, “Arsax” sözü Ermənistanla Azərbaycan arasında bağlanacaq sülh müqaviləsində olmamalıdır və ola da bilməz. Bu, mənim şəxsi fikrimdir və yəqin həmkarlarım da fikrimlə razılaşarlar”.