Rusiya Prezidenti Vladimir Putin Donetsk və Luqansk Xalq Respublikaları, eləcə də Xerson və Zaporojye vilayətlərinə müvəqqəti rəhbərlər təyin edib.
Ednews TASS-a istinadən xəbər verir ki, Putin bununla bağlı müvafiq sərəncamlar imzalayıb.
Bununla da, Denis Puşilin Donetsk Xalq Respublikasının, Leonid Paseçnik Luqansk Xalq Respublikasının, Yevgeniy Baliçkiy Zaporojye, Vladimir Saldo isə Xerson vilayətinin rəhbəri təyin olunub.
Sözügedən şəxslər regionlara qubernatorlar seçilənə qədər həmin ərazilərə rəhbərlik edəcəklər.