Prezident Sülh sazişinin - DETALLARINI AÇIQLADI - ednews.net

4 Dekabr,

(+994 50) 229-39-11

Prezident Sülh sazişinin - DETALLARINI AÇIQLADI

Siyasət A- A A+
“İnsanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, biz Ermənistana sülh təklif etdik”. 
 
Ednews xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib. 
 
Sülh sazişinin beynəlxalq hüququn beş prinsipinə əsaslanmalı olduğunu qeyd edən dövlət başçısı bildirib ki, bu prinsiplərə ölkələrin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı tanıması, gələcəkdə hər hansı ərazi iddialarından uzaq durması, güc tətbiqindən çəkinməsi, sərhədlərinin delimitasiyası və kommunikasiyaların açılması daxildir. 
 
“Artıq Böyük Qayıdış proqramı başlayıb. Bu ilin mayında Zəngilan rayonunda ilk kənd salınıb və ilk məcburi köçkünlər öz doğma yurdlarına qayıdıblar.
 
Zəngilanda ilk məktəb açılıb və ilk gənclər də bu il həmin məktəbdə tədrisə başlayıblar”, - deyə Prezident İlham Əliyev bildirib. 
 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...