“Biz bir çox konvensiyalara qoşuluruq. Lakin beynəlxalq təşkilatlar beynəlxalq hüquqa əməl etmir”.
Ednews xəbər verir ki, bunu deputat Siyavuş Novruov Milli Məclisin bu gün keçirilən plenar iclasında “Ekstradisiya haqqında” Avropa Konvensiyasına Dördüncü Əlavə Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə rəy bildirərkən deyib.
“İnsanlara qarşı alçaldıcı addımlar atılır. Bunlar haqqında məsələ qaldıranda baxırsan ki, Fransa İtaliyaya ekstradisiya edir, halbuki bunu Azərbaycana qarşı etməlidir.
Erməni puluyla qızışdırılanlar saxta sənədlər əsasında addımlar atır. Qoşulduğumuz konvensiyaların şərtləri hamı üçün bərabər olmalıdır. İspaniyada olanda yadlarına düşdü ki, ərazi bütövlüyü məsələsi əsasdır. Deməli bunların özündə olmalıdır ki, konvesniyanı tətbiq etsinlər?”, - deyə deputat əlavə edib.