Azərbaycan XİN Paşinyana Zəngəzur dəhlizi ilə bağlı cavab verib - ednews.net

10 Dekabr, Şənbə

(+994 50) 229-39-11

Azərbaycan XİN Paşinyana Zəngəzur dəhlizi ilə bağlı cavab verib

Siyasət A- A A+

Ermənistan 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatdakı öhdəliklərindən yayınmaq üçün saxta bəhanələrə son qoymalıdır.

Ednews xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən Ermənistan Baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı paylaşımına cavab olaraq bildirilib.

“Ermənistan 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanata əsasən, Zəngəzur dəhlizi ilə avtomobil/dəmir yollarının birləşdirilməsi üzrə öhdəliklərindən yayınmaq üçün saxta bəhanələrə son qoymalıdır. 20 ay davam edən müzakirələrə məhəl qoymadan əlaqələnmə üçün 3 qeyri-real buraxılış məntəqələri variantını təklif etmək doğru siyasət deyil”, - qeyd olunub.

Xatırladaq ki, Paşinyan Azərbaycanın şərqi ilə Naxçıvan arasında əlaqəni təmin etmək üçün Ermənistan-Azərbaycan sərhədində 3 buraxılış məntəqəsinin açılması ilə bağlı Ermənistan hökumətinin qərar layihəsini artıq bir müddətdir açıqlandığını və hökumətin Azərbaycan tərəfindən bu təklifə müsbət cavab veriləcəyini gözlədiyini deyib.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...