Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin oktyabrın 18-də gizli şəkildə sınaqdan keçirilmiş yeni “Tayfun” ballistik raketinə sahib olduğunu təsdiqləyib.
Ednews TASS-a istinadən xəbər verir ki, o, bu barədə İstanbul Universitetində çıxışı zamanı bildirib.
"İndi bizim “Tayfun”umuz var və bu bizim ismarışımızdır”, - deyə Ərdoğan qeyd edib.