İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin informasiya nazirlərinin növbəti sessiyası Azərbaycanda keçiriləcək.
Ednews xəbər verir ki, bu barədə İƏT informasiya nazirlərinin İstanbulda keçirilən XII sessiyasının yekununda çıxış edən Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun bildirib.
O, bununla bağlı Azərbaycanın təkliflə çıxış etdiyini və təklifin qəbul edildiyini açıqlayıb.