Umud Mirzəyev: “Heydər Əliyev əbədiyaşar liderdir”

Siyasət 12:22 10.05.2024

“Heydər Əliyev Azərbaycanın taleyini həll edən dahi şəxsiyyət olaraq tarixə adını böyük hərflərlə yazdırıb. O, əbədiyaşar liderdir. 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra, parçalanmaq ərəfəsində olan Azərbaycanı həm xarici, həm də  daxili düşmənlərdən Vətənin bir xilaskar komandanı, bir əsgəri kimi qoruyub saxladı. Tarixə nəzər yetirsək, müasir Azərbaycanın müstəqillik dönəmindən əvvəl və sonrakı taleyində,  xalqın tərcümeyi-halında baş verən bütün taleyüklü məsələlərdə məhz Heydər Əliyevin imzası vardır.”

Bu fikirləri Ednews-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev söyləyib.

U.Mirzəyev qeyd edib ki, Heydər Əliyev hər şeydən əvvəl böyük dövlət adamı və hər kəsin sayğı göstərdiyi qeyri-adi şəxsiyyət idi. Ulu Öndər fəaliyyəti ərzində ən yüksək zirvələri fəth edərək, həm Sovetlər dönəmində, həm də sonrakı illərdə  dünya miqyaslı siyasi xadim kimi adını tarixə yazdırdı. 

“Heydər Əliyev bir pərvanə kimi ömrünün sonuna qədər millətini, dövlətini düşünüb, onun naminə savaşıb özünü fəda edib. Heydər Əliyevin dünya liderləri ilə, beynəlxalq təşkilatların rəhbərləri ilə, məcburi köçkün və qaçqın soydaşlarla görüşləri, meydanlardakı çıxışları yadıma gəlir, onun dövlət və hökumət məmurları ilə, ziyalılarla söhbətlərini xatırlayıram. O həm də ədəbiyyat və incəsənətin, ümumən mədəniyyətin və mətbuatın mahir bilicisi olmaqla yanaşı, həm də bu sahələrin cəmiyyətə təsir gücünü dəyərləndirməyi bacaran bir lider idi. Bir neçə dövlət tədbirində və Yazıçılar Birliyinin Filarmoniyada keçirilən qurultayında onu yaxından görmək imkanım olmuşdur.  2002-ci ildə isə “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi “Jurnalistlərin dostu” mükafatına layiq görüləndə həmin tədbirin iştirakçısı idim. Heydər Əliyev dünya siyasətçiləri arasında mətbuata xüsusi diqqət yetirən nadir dövlət başçılarından idi". 

Ulu Öndərin doğum günündə təəssüratlarını bölüşən Umud Mirzəyev sonda vurğuladı ki, Heydər Əliyev haqqında dahi siyasətçi, Sovet İttifaqının ali rəhbərlərindən biri olmuş görkəmli şəxsiyyət, mədəniyyət və ədəbiyyat adamı, nümunəvi vətəndaş, qayğıkeş ata, el ağsaqqalı kimi günlərlə danışmaq olar: 

“Bunların hər birində tarixi şəxsiyyət olaraq bir əzəmət, bütövlük vardır. O qüdrətli şəxsiyyətin özünün dediyi kimi, nə qədər ki Azərbaycan var, Heydər Əliyev də əbədiyyətə qədər xalqın qəlbində yaşayacaqdır!” 

Oğuz

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib
16:35 21.06.2025
Dəb Necə Siyasiləşir?
15:52 21.06.2025
"Mərakeş azad edilmiş ərazilərin bərpasına investisiya yatırmaqda maraqlıdır"
15:27 21.06.2025
"Gözlətdiyim üçün üzr istəyirəm"
15:21 21.06.2025
Niyə mən 2018-ci ildə “Qarabağ Ermənistandır!” dedim? - Paşinyan İZAH ETDİ
15:00 21.06.2025
MEDİA 17 qəzetə pul ayırdı - Siyahı
14:56 21.06.2025
BTQ Dənizaşırı ərazilərdə internetin vəziyyətinə dair araşdırma aparıb zəif sürət, yüksək qiymət
14:41 21.06.2025
ABŞ və Aİ Xameneiyə əvəz axtarır
14:38 21.06.2025
"Azərbaycanda əyləncə turizmi yeni iş yerləri və investisiya imkanları yarada bilər"
14:35 21.06.2025
İsrail İranın Qum şəhərinə zərbələr endirib
14:31 21.06.2025
İsrail Şirazda hərbi mərkəzi "vurdu"
14:28 21.06.2025
"İqlim böhranı ilə mübarizəni pulsuz qoymaq cəhdləri uzaqgörən yanaşma deyil"
14:09 21.06.2025
Çinin 740-dan çox vətəndaşı İrandan Azərbaycana təxliyə edilib
13:31 21.06.2025
İstanbulda İƏT Xarici İşlər Nazirləri Şurasının qapalı iclası keçiriləcək
13:20 21.06.2025
“Polis haqqında” qanuna təklif edilən dəyişiklik qəbul olundu
12:39 21.06.2025
Ermənilər Üzeyir Hacıbəylini niyə öldürmək istəmişdilər?
12:08 21.06.2025
Bu gün Bakıda ilk dəfə UFC turniri keçiriləcək
11:40 21.06.2025
Efiopiyada "ASAN xidmət" açılıb
09:49 21.06.2025
Xərçəngə qarşı qidalar: Onkoloji xəstəlik riskini azaldan SƏKKİZ məhsul
09:33 21.06.2025
FIFA Klublararası Dünya Çempionatı: Pley-offun ilk iştirakçıları bəlli olub
08:21 21.06.2025
İran ABŞ-yə Yaxın Şərqdəki hərbçiləri ilə bağlı xəbərdarlıq edib
05:16 21.06.2025
" Bizim İran İslam Respublikası qarşısında hərbi öhdəliyimiz yoxdur "
18:03 20.06.2025
"İrəliləyişimiz sistemli inkişafın nəticəsidir"
16:44 20.06.2025
" Təhlükəli istiləşmədən yayınmaq üçün cəmi bir neçə ilimiz qalıb"
16:39 20.06.2025
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub
16:25 20.06.2025
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
15:27 20.06.2025
Orban Ukraynanı Aİ-də görməyi niyə istəmir?
15:24 20.06.2025
Süfrənin Diplomatiyası: Qida və Qlobal Ayrı-Seçkilik
15:00 20.06.2025
"Xəzər regionu üzərində nüvə təhlükəsi yaranıb"
14:43 20.06.2025
ADA böyüyəcək
14:32 20.06.2025
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi
14:30 20.06.2025
Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb
14:24 20.06.2025
İsrailin 50 qırıcı təyyarəsi Tehranı bombaladı
14:18 20.06.2025
Qax rayonunun icra başçısına qarşı əməliyyat keçirildi
14:09 20.06.2025
"Müharibəyə son qoymağın yeganə yolu atəşkəsdir"
14:02 20.06.2025
Azərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib
13:48 20.06.2025
Paşinyan Türkiyədə səfərdədir
13:14 20.06.2025
Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya edildi
12:49 20.06.2025
"Sülh müqaviləsini dərhal imzalamağa hazırıq"
12:28 20.06.2025
"Səs mənimdir,sözlər yox" - Süni intellektin təqlid gücü və etik təhlükələr
11:47 20.06.2025
Hamısı