Türkiyə insansız hərbi maşınını Azərbaycanda sınaqdan keçirmək niyyətindədir - ednews.net

1 Dekabr, Cümə axşamı

(+994 50) 229-39-11

Türkiyə insansız hərbi maşınını Azərbaycanda sınaqdan keçirmək niyyətindədir

Siyasət A- A A+
“HAVELSAN” şirkəti “Barkan” insansız hərbi maşını yaxın zamanda Azərbaycanda sınaqdan keçirmək niyyətindədir. Bu barədə Ednews-a açıqlamasında şirkətin İdarə Heyətinin üzvü, pilotsuz aparatlar üzrə layihə müdiri Veysel Ataoğlu deyib. O qeyd edib ki, Azərbaycan və Türkiyə tərəfi bununla bağlı danışıqlar aparır. Şirkət rəsmisi onu da qeyd edib ki, “HAVELSAN” gələn il Azərbaycanda istehsalata başlaya bilər: “Təklifimizi Azərbaycan tərəfinə təqdim etmişik və bu məsələ ilə bağlı işlər gedir. Bizim üçün Türkiyə və Azərbaycan Silahlı Qüvvələri arasında fərq yoxdur. Hər cür dəstəyi verməyə hazırıq”. Xatırladaq ki, Azərbaycan Türkiyədən insansız zirehli maşın almaq istəyir və bir müddətdir bununla bağlı danışıqlar aparılır.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...