“Soçi görüşü yalnız siyasi şoudur” Politoloqdan üçtərəfli görüş haqda ŞƏRH

Siyasət 14:19 01.11.2022

“Qarabağda rus sülhməramlılarının mandatının uzadılması Azərbaycan tərəfindən qəbul olunmayacaq”.

Bu sözləri Ednews-a açıqlamasında politoloq Natiq Miri bildirib.

Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli görüşün yekunları barədə birgə bəyanatın müddəalarını şərh edən Natiq Miri qeyd edib ki, Moskvanın bu görüşü təşkilində məqsədi prosesləri yenidən öz nəzarəti altına almaqdır.

“Moskvanın növbəti Soçi görüşünü keçirməsi Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması prosesində yenidən söz sahibi olduğunu nümayiş etdirmək idi. Rusiya rəhbərliyi bu prosesdə konkret nəticələr əldə edən Brüsselin təşəbbüsünü arxa plana çevirməyə, ən əsası yaxın gələcəkdə sülh müqaviləsinin onun vasitəçiliyi ilə imzalanmasına çalışır”.

Erməni mediasında Rusiyanın 15 bəndlik sülh müqaviləsi təklifi ilə bağlı söz-söhbətlərə münasibət bildirən politoloq bildirib ki, hər iki tərəf arasında sülh müqaviləsi yalnız 5 prinsip əsasında imzalanmalıdır.

“Azərbaycan beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq beş prinsip müəyyənləşdirib. Qərb tərəfindən də müsbət qarşılanan bu prinsiplər əsasında Azərbaycan-Ermənistan münasibətləri nizamlanmalıdır. İrəvan bizim təklif etdiyimiz sənədi qəbul etməlidir. Çünki buna qarşı alternativ təklif olmayacaq və ola da bilməz. İlham Əliyev Putinlə görüşündə sülh müqaviləsi ilə bağlı ciddi mövqeyini diqqətə çatdırdı”.

Politoloq Vladimir Putinin sülh müqaviləsinin imzalanması üçün hər iki tərəfin güzəştlər etməli olduğu barədə çıxışını bu cür şərh edib:

“Moskva regionda öz geosiyasi maraqlarını təmin etmək üçün hər vasitədən istifadə edir. Belə olan halda sülh müqaviləsinin o qədər də rahat şəkildə imzalanmayacağını anlamaq olur. Moskva hesab edir ki, müqavilə onun şərtləri daxilində imzalmalıdır. Bu da Bakı və İrəvanı onun geosiyasi maraqlarına xidmət etməyə vadar edəcək.  Rusiya rəhbərliyinin təkliflərini nəzərdən keçirsək görərik ki, sənəddə Qarabağda rus sülhməramlılarının mandatının uzadılması, Ermənistan-Azərbaycan sərhəd ərazilərinin KTMT-nin nəzarətinə verilməsi və Qarabağın taleyinin qeyri-müəyyən gələcəyə saxlanılması ilə müddəalar yer almalıdır. Azərbaycan bu müddəalar ilə heç vaxt razı olmayacaq. Nəhayət, Rusiya noyabr bəyanatının 9-cu maddəsini əsas gətirərək, regional kommunikasiyaların açılmasını da nəzarətə götürmək istəyir. Bunu da Ermənistan hakimiyyəti qəbul etmir”. 

Sonda Natiq Miri bildirib ki, nə Ermənistan, nə də Rusiya 10 noyabr bəyanatının öhdəliklərini yerinə yetirmirlər.

“Qarabağda rus sülhməramlıları öz missiyasına uyğun fəaliyyət göstərmirlər, əksinə həddini aşan davranışlara yol verirlər. Sülhməramlılar ərazilərimizdə separatçı rejimin dayanıqlığına imkan yaradırlar, separatçı-terrorçu dəstələrin və Ermənistan qoşunlarının qanunsuz fəaliyyətinə bilərəkdən göz yumurlar. Doğrusunu desək, sülhməramlıların varlığı Azərbaycanın həmin ərazilər üzərində suverenliyinin bərpasına əngəl yaradır. Qarabağ məsələsinin sülh müqaviləsi çərçivəsində ədalətli şəkildə tənzimlənməsi Rusiyanın marağında deyil”. 

Yunis Abdullayev

Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO

Xəbər xətti

Sabah IV sinif şagirdləri üçün monitorinq KEÇİRİLƏCƏK
12:09 17.05.2024
İqor Korotçenko: "Fransa Ermənistanı bu strateji məqsədlə silahlandırır" - VİDEO
12:03 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə razılığa gəldilər
11:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - FOTOLAR
11:46 17.05.2024
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
11:45 17.05.2024
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? – RƏSMİ AÇIQLAMA
11:40 17.05.2024
SON DƏQİQƏ! Bu ölkədə atışma
SON DƏQİQƏ! Bu ölkədə atışma
11:37 17.05.2024
İlham Əliyev Aleksandr Lukaşenkonu Füzulidə qarşıladı -FOTOLAR
11:33 17.05.2024
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
11:13 17.05.2024
Lukaşenko Füzuliyə GEDİB
11:05 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüb
11:03 17.05.2024
Ötən il Azərbaycanda 293 erkən evliliyin qarşısı ALINIB
11:00 17.05.2024
Universitetin rektoru qovuldu - Bu ölkədə
Universitetin rektoru qovuldu - Bu ölkədə
10:55 17.05.2024
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
10:50 17.05.2024
İnsan alveri qurbanlarının böyük hissəsini kişilər təşkil EDİB
10:47 17.05.2024
Azərbaycanda insan alverinin qurbanları ən çox bu şəhər və rayonlardadır
10:45 17.05.2024
Küçələrdə dilənçilik edən 342 uşaq AŞKARLANIB
10:40 17.05.2024
Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO
10:35 17.05.2024
Son zamanlar yanğın hadisələri niyə intensivləşib? – Ekspertdən XƏBƏRDARLIQ
10:30 17.05.2024
Rusiyanın Çindən gizli tələbi nədir?
Rusiyanın Çindən gizli tələbi nədir?
10:25 17.05.2024
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
10:22 17.05.2024
Mədəniyyət sarayına mədəniyyətsiz münasibət - FOTOLAR
10:20 17.05.2024
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
10:15 17.05.2024
AZAL-dan Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsəti!
10:10 17.05.2024
İrandakı səfirliyimizin yeri DƏYİŞDİRİLDİ - RƏSMİ
10:05 17.05.2024
ABŞ  Uyğur türklərinə görə 26 Çin  şirkətinə sanksiya tətbiq edib
ABŞ Uyğur türklərinə görə 26 Çin şirkətinə sanksiya tətbiq edib
10:05 17.05.2024
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
10:00 17.05.2024
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
09:55 17.05.2024
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
09:50 17.05.2024
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
09:45 17.05.2024
Bu ərazilərə qar yağıb – FAKTİKİ HAVA
09:39 17.05.2024
Azərbaycanda ata övladını məktəbə belində aparır - VİDEO
09:30 17.05.2024
Bu gün Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
09:30 17.05.2024
Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Hamısı