İlham Əliyev Arif Səmədova yüksək vəzifə verdi - ednews.net

28 Noyabr, Bazar ertəsi

(+994 50) 229-39-11

İlham Əliyev Arif Səmədova yüksək vəzifə verdi

Siyasət A- A A+
Prezident İlham Əliyev Arif Vasif oğlu Səmədovun Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. 
 
Ednews xəbər verir ki, bununla bağlı Prezident.az məlumat yayıb. 
 
Dövlət başçısının digər sərəncamı ilə, Arif Vasif oğlu Səmədov Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi təyin edilib.
 
Qeyd edək ki, oktyabrın 17-də İlham Əliyevin sərəncamı ilə Elçin Tələt oğlu Bağırov Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi vəzifəsindən azad edilib. 
 
Dövlət başçısı E.T.Bağırovun Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...