Vaşinqtonda üçtərəfli görüş Azərbaycan-Ermənistan arasında sülh yarada biləcək? Politoloqlardan ŞƏRH

Siyasət 13:51 05.11.2022

Xəbər verdiyimiz kimi, Vaşinqtonda ABŞ-ın dövlət katibi Entoni Blinken, Azərbaycanın Xarici İşlər naziri  Ceyhun Bayramov və Ermənistanın XİN başçısı Ararat Mirzoyan arasında üçtərəfli görüş keçiriləcək.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli Rusiyanın, Aİ-nin, yoxsa ABŞ-ın vasitəçiliyi ilə bağlıdır?  Müzakirələr mümkün sülh sazişinə nə dərəcədə yaxındır və ya uzaqdır? Həmçinin Brüssel görüşündən sonra niyə Vaşinqton?

Ednews bu barədə politoloqların münasibətini öyrənib.

Politoloq Cümşüd Nuriyev qeyd edib ki, Soçidən sonra Vaşinton görüşü çox önəmlidir. Çünki, Soçidə irəli sürülən Moskva sənədlərini Azərbaycan heç bir vəchlə qəbul edə bilmədi və Prezident İlham Əliyev iradəsini ortaya qoydu.

“Həmin sənədlərə yox dedi. Noyabrın axırına qədər sülh sazşinin ilkin variantı hazır olmalıdır. Hələlik çərçivə sazişinin heç bir variantı yoxdur. ABŞ yumşaq söyləsək, kömək etmək istəyir. ABŞ-ın Ermənistana təsiri çox böyükdür. Hətta Rusiyadan belə çoxdur. Nikol Paşinyanı hakimiyyətə məhz onlar gətiriblər. İndi də Paşinyana verilən mükafatın əvəzini istəyirlər. Onun əvəzi də sülh sazişinin olmasıdır. Sülh imzalanandan sonra artıq sülhməramlı adı ilə Qarabağda yerləşdirilmiş rus ordusunun orada qalmaq ehtimalı yoxdur. Çünki Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyandan sonra Azərbaycanın mövcud qanunvericiliyinə görə ölkə ərazisində hər hansı bazanın olmasına icazə yoxdur. Rusiyanın narahatlığını bu mənada anlamaq olar, amma bütün hallarda bu Azərbaycanın daxili işidir, buna kimsə qarışa bilməz. Ona görə də Vaşinqon görüşünün bu istiqamətdə müsbət tərəfləri ola bilər”.

Siyasi analitik Natiq Cəfərli hesab edir ki, Avropa Birliyi və ABŞ-ın hazırladığı sənədlərin yaxın gələcəkdə, hətta noyabr ayı ərzində müzakirəyə çıxarılması məsələsi gündəmdə olacaq.

“İndi Rusiyada bir sənəd imzalanıbsa, çox güman ki, ilin sonunadək ya Brüssel, ya da Vaşinqtonda konkret məsələlərin həllini özündə ehtiva edən hansısa sənədin imzalanması da mümkündür. Əslində Qərb və Rusiyanın Cənubi Qafqazdakı rəqabəti Azərbaycanın xeyrinədir. Çünki bölgədə iki tərəfdən birinin hegemon olması Azərbaycana qarşı təzyiq amilinə çevrilə bilər. Azərbaycanın da çox doğru olaraq, hər iki tərəflə danışıqlar aparması nə Qərb, nə də Rusiyanın dominantlığına imkan yaradır”, - deyə o qeyd edib.

Onun qənaətincə, Rusiya bölgədə region ölkələrinə təsir rıçaqlarını itirə biləcəyindən qorxduğu üçün sülhün olmasında maraqlı deyil.

“Sülh müqaviləsi imzalansa, Rusiyanın həm Azərbaycan, həm də Ermənistana təsir və təzyiq mexanizmləri zəifləyəcək. Qərbin isə belə bir dərdi yoxdur. Qərb istəyir ki, məsələ həll olunsun. Amma bunun hansı formada həll ediləcəyi onu o qədər də maraqlandırmır. Qərb məsələnin tezliklə - bu ilin sonunadək həll olunmasında maraqlıdır. “Vaşinqton" sənədində də yer alıb ki, Qərb Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını istəyir".

N.Cəfərliyə görə, əgər ortaq məxrəcə gəlib ciddi bir sənəd imzalanacaqsa, bu, sülh müqaviləsinin prototipi ola bilər:

 “Onda bunun Vaşinqtonda imzalanacağı daha məntiqli görünür. Hətta bunun ABŞ Prezidenti Co Baydenin də iştirakı ilə imzalanacağı daha məntiqlidir. Əgər Ermənistan öz xülyalarından əl çəkib həqiqətən sülh istəsə, noyabr ərzində, dekabrın əvvəllərində və ya ilin sonunda Qərb ölkələrindən birində böyük sülh müqaviləsinin ilkin şərtlərinə dair sənədin imzalanması mümkündür”.

Oğuz Ayvaz

Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO

Xəbər xətti

İki ali məktəbin bazasında tədqiqat universiteti YARADILACAQ – RƏSMİ
12:55 17.05.2024
Rəsmi Bakıdan XƏBƏRDARLIQ: “Fransa üzr istəməlidir”
12:45 17.05.2024
Azərbaycanda bu barədə attımlar atılmasa böhran gözlənilir... – Nidal Salimdən ÖZƏL AÇIQLAMA
12:30 17.05.2024
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
12:20 17.05.2024
Sabah IV sinif şagirdləri üçün monitorinq KEÇİRİLƏCƏK
12:09 17.05.2024
İqor Korotçenko: "Fransa Ermənistanı bu strateji məqsədlə silahlandırır" - VİDEO
12:03 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə razılığa gəldilər
11:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - FOTOLAR
11:46 17.05.2024
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
11:45 17.05.2024
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? – RƏSMİ AÇIQLAMA
11:40 17.05.2024
SON DƏQİQƏ! Bu ölkədə atışma
SON DƏQİQƏ! Bu ölkədə atışma
11:37 17.05.2024
İlham Əliyev Aleksandr Lukaşenkonu Füzulidə qarşıladı -FOTOLAR
11:33 17.05.2024
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
11:13 17.05.2024
Lukaşenko Füzuliyə GEDİB
11:05 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüb
11:03 17.05.2024
Ötən il Azərbaycanda 293 erkən evliliyin qarşısı ALINIB
11:00 17.05.2024
Universitetin rektoru qovuldu - Bu ölkədə
Universitetin rektoru qovuldu - Bu ölkədə
10:55 17.05.2024
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
10:50 17.05.2024
İnsan alveri qurbanlarının böyük hissəsini kişilər təşkil EDİB
10:47 17.05.2024
Azərbaycanda insan alverinin qurbanları ən çox bu şəhər və rayonlardadır
10:45 17.05.2024
Küçələrdə dilənçilik edən 342 uşaq AŞKARLANIB
10:40 17.05.2024
Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO
10:35 17.05.2024
Son zamanlar yanğın hadisələri niyə intensivləşib? – Ekspertdən XƏBƏRDARLIQ
10:30 17.05.2024
Rusiyanın Çindən gizli tələbi nədir?
Rusiyanın Çindən gizli tələbi nədir?
10:25 17.05.2024
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
10:22 17.05.2024
Mədəniyyət sarayına mədəniyyətsiz münasibət - FOTOLAR
10:20 17.05.2024
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
10:15 17.05.2024
AZAL-dan Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsəti!
10:10 17.05.2024
İrandakı səfirliyimizin yeri DƏYİŞDİRİLDİ - RƏSMİ
10:05 17.05.2024
ABŞ  Uyğur türklərinə görə 26 Çin  şirkətinə sanksiya tətbiq edib
ABŞ Uyğur türklərinə görə 26 Çin şirkətinə sanksiya tətbiq edib
10:05 17.05.2024
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
10:00 17.05.2024
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
09:55 17.05.2024
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
09:50 17.05.2024
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
09:45 17.05.2024
Bu ərazilərə qar yağıb – FAKTİKİ HAVA
09:39 17.05.2024
Azərbaycanda ata övladını məktəbə belində aparır - VİDEO
09:30 17.05.2024
Bu gün Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
09:30 17.05.2024
Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Hamısı