Bakıda Zəfər günü münasibəti ilə hərbi orkestrin müşayiəti ilə hərbçilərin yürüşü başlayıb.
Ednews xəbər verir ki, yürüşdən əvvəl şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edək ki, yürüşlər 3 marşrut üzrə keçirilir.
- Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı;
- Şəhidlər Xiyabanı - "Alov qüllələri" kompleksi - "İçərişəhər" metrosu - İstiqlaliyyət küçəsi - Azneft dairəsi - Bəhram Gur heykəli;
- Hüseyn Cavid parkı - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər Xiyabanı;
Şuşa şəhəri.