Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyev Zəfər günü ilə bağlı paylaşım edib.
Ednews xəbər verir ki, o, bu barədə, öz facebook hesabında yazıb.
Paylaşımda deyilir:
"Uca millətim, ulu xalqım, şanlı Azərbaycanım! 8 NOYABR ZƏFƏR GÜNÜ bir xalq, bir millət olaraq sənin haqq etdyin, işğal altında olan torpaqlarımızın azadlığa qovuşduğu, Müzəffər Ordumuzun rəşadəti , Şəhidlərimizin canı-qanı bahasına əbədiyyətə çevrilən müqəddəs bir gündür. Zəfər Günümüz mübarək! Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Şuşada dalğalanan ÜÇRƏNGLİ BAYRAĞIMIZ mübarək! Çəkilən yollarımız, tikilən evlərimiz, günü-gündən gur yanan işıqlarımız mübarək! Mübarək, bizi Xankəndinə, Azərbaycanımızı bütövləşməyə aparan yollar mübarək! "
