Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak ediblər.
Ednews xəbər verir ki, dövlət başçısı hərbçilər qarşısında çıxış edib.
Tədbirdən sonra hərbi qulluqçuların təntənəli keçidi olub.
İlham Əliyev parad başa çatdıqdan sonra zabitlərin hər biri ilə ayrı-ayrılıqda görüşüb və onlarla xatirə şəkli çəkdirib.