Xəzər dənizinin dibi ilə Türkmənistan və Azərbaycan arasında fiber-optik rabitə xəttinin (FOCL) çəkilməsi 2024-2025-ci illərdə başlaya bilər.
Ednews xəbər verir ki, bu barədə TASS-a "AzərTelekom"un Direktorlar Şurasının sədri Fuad Allahverdiyev məlumat verib.
"Hazırda inzibati-hüquqi proseslər gedir. Gələn ildən layihə və tender sənədlərinin hazırlanmasına başlamağı planlaşdırırıq. Layihə mürəkkəbdir. Tikintinin özü isə maksimum altı ay çəkəcək”, - deyə o, bildirib.
Bu layihənin “TürkmenTelekom” və “AzərTelekom” şirkətləri tərəfindən birgə həyata keçirilməsi planlaşdırılır.
Direktorlar Şurasının sədri əlavə edib ki, bu, şirkətlərin ilk birgə layihəsidir və bundan sonra da əməkdaşlığın davam etdiriləcəyinə əminliyini ifadə edib.