2022-ci ilin martından Rusiya ordusu tərəfindən ələ keçirilən Zaporojye vilayətinin cənubundakı Melitopol şəhərinin əsas meydanında Rusiya bayrağı yoxa çıxıb.
Ednews xəbər verir ki, bu barədə informasiyanı “RBK-Ukrayna” nəşri yayıb.
Mənbə yazır ki, ruslar bunun bayraq dirəyinin təmiri ilə əlaqələndiriblər.
Daha əvvəl deyilib ki, Ukrayna Silahlı Qüvvələrinin ruslardan azad edəcəyi Xersondan sonrakı növbəti şəhər, ehtimal ki, Melitopol olacaq.