Qazaxıstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi yaradılıb.
Ednews xəbər verir ki, bu barədə bu gün Qazaxıstan səfiri Serjan Abdıkarimov keçirdiyi mətbuat konfransında deyib.
Səfir qeyd edib ki, 20 noyabrda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar olaraq, Qazaxıstanın Azərbaycandakı səfirliyində 262 saylı seçki məntəqəsi yaradılıb.
Diplomat əlavə edib ki, seçki məntəqəsi lazımi avadanlıqlarla təchiz edilib.