“Azərbaycan və Rusiya arasında qarşılıqlı ticarətin həcminin pandemiyadan əvvəlki səviyyəyə çatmasından məmnunuq”.
Ednews xəbər verir ki, bunu Azərbaycan Prezident İlham Əliyev Rusiya Hökumətinin sədri Mixail Mişustin ilə görüşündə bildirib.
Dövlət başçısı sonra qeyd edib:
“İnanırıq ki, bu sahədə dinamizm qorunub saxlanacaq. Qarşılıqlı ticarətin potensialı artır. Eyni zamanda, yük daşımalarının həcmində artım dinamikasını görürük. Tranzit yük daşımaları isə rekord səviyyəyə çatıb”.
Görüşdə Rusiya Hökumətinin sədri Mixail Mişustin Prezident İlham Əliyevi Azərbaycanın Dirçəliş günü münasibəti ilə təbrik edib.