Güneyli fəal Milli Hərəkatın mübarizəsindən danışdı Ya İran parçalanacaq, ya da...”

Siyasət 21:00 22.11.2022
“Qədim dövlətçilik ənənəsinə malik olan Azərbaycan türkləri fars dövlətçiliyinin himayəsi altında yaşamaq istəmirlər. Onlar öz mübarizəsini məqsədlərinə nail oluna qədər davam etdirəcəklər”. 
 
Bu sözləri Ednews - a açıqlamasında güneyli siyasi şərhçi Çingiz Göytürk İranda son siyasi prosesləri şərh edərkən bildirib. 
 
Söhbət zamanı o, qeyd edib ki, İranda sosial tələblər ilə başlayan nümayişlər artıq siyasi məcraya keçib. 
 
“43 il ərzində heç bir problemin həllinə nail ola bilməyən və heç bir məsələnin nizamlanmasına yönələn addım atmaq iqtidarında olmayan İslam Cümhuriyyəti normal siyasi və iqtisadi sistem qurmaq əvəzinə öz haqlarını tələb edən vətəndaşları heç bir əsası olmadan ittiham edir, onları xarici dövlətlərin maraqlarına xidmət etməkdə günahlandırır. Bu rejim ənənəvi güc metodları və vasitələrdən istifadə edərək əvvəlki nümayişləri, etirazları və aksiyaları amansızca yatırırdı. Amma artıq bu günlərdə xalq rejimin qorxu və təhdid maşınından qorxmurlar və çəkinmirlər. Rəhbərlik nə qədər şiddətə əl atsa da, insanlar öz etirazlarını davam etdirmək əzmindədirlər. Xüsusilə, ölkənin Xuzistan, Bəlucistan və şimal-qərb bölgələrində ərəb, bəluc və kürd etirazçılara və nümayişçilərə qarşı terror aktları və çox saylı cinayətlər törədilir. Rejimə bağlı olan təhlükəsizlik qüvvələri qorxutmaq yox, sırf öldürmək məqsədi ilə dinc nümayişçilərə güllə atırlar.  Kürdlərin yaşadığı bölgələrdə qarşılıqlı silahlı insidentlər müşahidə edilir. Bu İslam Cümhuriyyətinin öz vətəndaşlarına və insanlarına qarşı müharibə elan etməsi deməkdir”.  
 
Çingiz Göytürkün sözlərinə görə, ölkədaxili proseslərdə fəal iştirak edən Azərbaycan Milli Hərəkatının əsas hədəfi öz milli dövlətçiliyini bərpa etməkdir. 
 
“Milli Hərəkatımızın məqsədi və amalı rejimin dəyişməsi ilə bağlı deyil. Dövlətin mahiyyəti dəyişmədisə və İran olduğu kimi fars dövlətçiliyini davam etdirdisə, onda Azərbaycan türkləri heç nəyə nail olmayacaqlar. Biz buna Pəhvəli rejimindən İslam Cümhuriyyətinə keçid dövründə aydın şəkildə şahidi olduq. Şah rejiminin devrilməsində Azərbaycan türkləri fədəkarlıqlar göstərməsinə baxmayaraq, qarşılığında bu millətə heç bir milli və mədəni hüquq verilmədi. Azərbaycan Milli Hərəkatı bu təcrübəyə malik olduğundan öz haqlarını İranın müxalif qüvvələrinə və dünyaya ictimaiyyətinə çatdırmaq üçün əlindən gələni edir. Milli hərəkatımızın tərəfdarları nümayişlərdə və etirazlarda ümumi şüarlar yox, öz milli şüarlarını səsləndirirlər. Öz tələblərini ortaya qoyan Azərbaycan türkləri digər qeyri-fars millətlərinə örnək olmağı da bacarıb. Əhvazda və Xuzistanda ərəblərin, Bəlucistanda bəlucların milli hərəkatının üzə çıxmasında Milli Hərəkatımızın rolu danılmazdır”. 
 
Güneyli fəal, həmçinin Milli Hərəkatın son nümayişlərdə şəhidlər verdiyini, eləcə də Təbrizdə minlərlə Azərbaycan türkünün rejimin həbsxanasına salındığını bildirib. 
 
“Milli Hərəkatımız öz milli mübarizəsindən geri çəkilməyib və çəkilməyəcəkdir. Heç kəs bizim mübarizəmizi kölgə altına qoya bilməyəcək. Azərbaycan türkləri öz istəkləri və iradəsi əsasında öz milli hökumətini qurmağa nail olacaqdır”. 
 
Sonda Çingiz Göytürk qeyri-fars millətlərinin də öz milli dövlətinin formallaşdırılması uğrunda mübarizə apardığını vurğulayıb.
Ərəblər, Bəluclar və Kürdlər öz istiqlaliyyət arzularını açıq şəkildə ifadə edirlər. Bu xalqlar daxil olmaqla dövlətçilik ənənəsinə malik olan Azərbaycan türkləri də artıq fars dövlətçiliyinin himayəsi  altında yaşamaq istəmirlər. Hesab edirəm ki, hazırki proseslərin fonunda iki yol var. Ya İran parçalanacaq və burada müstəqil dövlətlər yaranacaq, ya da Azərbaycan dövlətçiliyi ətrafında millətlər birləşib fars millətçiliyindən və şovinizmindən özlərini xilas edəcəklər. Bu iki kəsinliklə mümkündür. Bunun ötəsində üçüncü bir yol yoxdur. 
 
Yunis Abdullayev
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib
00:03 12.05.2024
İngiltərə Premyer Liqası: “Tottenhem” Premyer Liqanı tərk edən “Börnli” üzərində əzmkar qələbə qazanıb
23:40 11.05.2024
Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq
23:23 11.05.2024
Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
23:00 11.05.2024
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib
22:40 11.05.2024
Ukrayna Rusiyanın Su-25 qırıcısını vurub
22:22 11.05.2024
Belqorodda ağır yol qəzasında hərbçilər də daxil olmaqla 8 nəfər yaralanıb
22:00 11.05.2024
Fəxrəddin Manafov "Xarıbülbül" festivalı barədə ürək sözlərini bölüşdü - VİDEO
21:30 11.05.2024
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb
21:25 11.05.2024
Donetskin atəşə tutulması nəticəsində 9 nəfər ölüb
21:16 11.05.2024
Zeynəb Xanlarova "Xarıbülbül" festivalından danışdı - VİDEO
21:00 11.05.2024
ABŞ səfiri: ADA Universiteti və Vaşinqton Hüquq Kollecinin tərəfdaşlığı akademik dialoqa töhfə verir
20:51 11.05.2024
"Heç kəsin yuxusuna da gəlməzdi ki..." - Polad Bülbüloğlu - VİDEO
20:30 11.05.2024
FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb
20:25 11.05.2024
"Azərbaycan inkişaf möcüzəsi ilə dünyanı heyrətləndirməkdə davam edəcəkdir"
20:09 11.05.2024
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib
19:55 11.05.2024
"Zəfərimizə layiq bir festival oldu" - Anar Rzayev - VİDEO
19:53 11.05.2024
İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi
19:43 11.05.2024
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxış edib - VİDEO
19:15 11.05.2024
Azərbaycan qarğıdalı idxalını 34 % artırıb
19:15 11.05.2024
Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb
19:10 11.05.2024
Azərbaycanda 5,2 maqnitudalı zəlzələ olub
18:56 11.05.2024
İlham Əliyev Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında çıxış edib - VİDEO
18:48 11.05.2024
Luka Modriç mövsümün sonu "Real"dan ayrılacaq
18:29 11.05.2024
Baş nazir: Gürcüstan Aİ ilə bağlı xarici siyasətini dəyişməyəcək
18:00 11.05.2024
Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
17:34 11.05.2024
BAMF – ın tərəfdaşı Heidi Kühn ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb - FOTOLAR
17:08 11.05.2024
Makrondan növbəti VƏD: “Aİ Ukraynaya hərbi dəstəyi gücləndirəcək”
17:00 11.05.2024
“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb
16:30 11.05.2024
DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
16:00 11.05.2024
İspaniyalı fotoqraf Qervasio Sançez BAMF-ın qonağı olub - FOTOLAR
15:40 11.05.2024
ICESCO-nun Baş direktoru: Heydər Əliyev Fondu əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir
15:30 11.05.2024
Baş direktor: “ICESCO işğaldan azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır”
15:25 11.05.2024
Prezident: “Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir”
15:23 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:20 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:18 11.05.2024
Rusiya ordusu Ukraynanın 6 yaşayış məntəqəsini nəzarətə götürüb
15:15 11.05.2024
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
15:14 11.05.2024
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
15:14 11.05.2024
Azərbaycan lideri: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq - VİDEO
15:12 11.05.2024
Hamısı