“Pentaqon Suriyada Türk ordusunun hərbi əməliyyatlarını izləyir”.
Ednews Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu sözləri qurumun mətbuat katibi Sabrina Sinq mətbuat brifinqinda deyib.
“Biz departamentin bütün aspektlərinə uyğun olaraq Suriyada baş verən prosesləri izləməyə davam edirik. Biz tərəfləri gərginliyin azadılmasına çağırırıq”, – deyə Sinq bildirib.
Onun sözlərinə görə, Türk ordusunun Suriya və İraqda hava hücumları terror təşkilatı İŞİD ilə mübarizəyə maneçilik törədir.
Eyni zamanda Ağ Evin Milli Təhlükəsizlik Şurasının starteji kommunikasiyalar üzrə koordinatoru Con Körbi də Türk ordusunun Suriya və İraqda hərbi əməliyyatları bəradə açıqlama verib.
Körbi jurnalistlərə açıqlamasında Türkiyənin öz sərhəd ərazilərində terror təhlükəsindən əziyyət çəkməyə davam etdiyini və Ankaranın vətəndaşlarını müdafiə etmək hüququnun olduğunu bildirib.
Lakin o da Türk ordusunun hava hücumlarının PKK/YPG-nin İŞİD-ə qarşı mübarizəsinə mənfi təsir edəcəyi ilə bağlı ABŞ-ın narahatlığını çatdırıb.
Qeyd edək ki, İstanbulda 6 nəfərin ölümü və 81 nəfərin yaralanması ilə nəticələnən terror hadisəsindən sonra Türk ordusu İraq və Suriyada PKK/YPG terror quruplaşmasına qarşı "Pəncə-Qılınc" adlı hərbi əməliyyatlara başlayıb.
Yunis Abdullayev