Rusiya Dövlət Duması LGBT təbliğatının qadağan edilməsi haqqında qanunu üçüncü oxunuşda qəbul edib.
Ednews lenta.ru-ya istinadən xəbər verir ki, sənədə əsasən, təbliğat dedikdə qeyri-ənənəvi seksual münasibətlərin yaradılmasına, onların cəlbediciliyinə, “ənənəvi və qeyri-ənənəvi cinsi münasibətlərin sosial ekvivalentliyi haqqında təhrif olunmuş ideyaya” yönəlmiş məlumatların və ya ictimai hərəkətlərin yayılması nəzərdə tutulur.
Qanun layihəsi LGBT-lər haqqında məlumatların yayılmasına və pedofiliyanın təbliğatına qadağa qoyulmasını qeyd edir. Bundan əlavə, internetdə, mediada, kitablarda, audiovizual xidmətlərdə, filmlərdə və reklamlarda yeniyetmələr arasında cinsiyyətin dəyişdirilməsi ilə bağlı çağırışları qadağan edir.
Oğuz Ayvaz