Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Sevil Mikayılova noyabrın 26-dan 30-dək İspaniyanın Madrid şəhərindəsəfərdə olacaqlar.
MM-dən Ednews-a bildirilib ki, deputatlarımız İspaniya parlamentində bir sıra görüşlər keçirəcək, parlamentlərarası əlaqələrin inkişafına dair müzakirələr aparacaqlar.
Sonra Səməd Seyidovnoyabrın 30-dan dekabrın 3-dək Belçika Krallığının Brüssel şəhərində səfərdə olacaq.Komitə sədri Avropa Parlamentində bir sıra görüşlər keçirəcək, qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparacaq.